#gündem #sondeqiqe #şəhid
“Xocalıdakı uşaqları görmüşəm, dözə bilmirəm”
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən şəxslərdən biri də Ələkbər Əzizağa oğlu Babayev olub. AZƏRTAC xəbər verir ki, 1992-ci il noyabrın 11-də Ağdərə rayonunda itkin düşən Ələkbərin nəşinin qalıqlarının Tərtər şəhər məzarlığında tapılması bir ailəyə və bütöv bir cəmiyyətə təsəlli gətirdi. Şəhidin nəşinin ailəsinə təhvil verilməsi və təşkil olunan vida mərasimi Azərbaycanın hər bir vətəndaşı üçün dərin bir hörmətin təzahürüdür. Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki evində keçirilən vida mərasimi təkcə bir ailənin itkisinə deyil, bütün xalqın ağrı-acısını paylaşan kütləvi bir toplaşmaya çevrilmişdi. Mərasimə yüzlərlə sakinin, qazilərin, şəhidin ailə üzvlərinin, həmçinin dövlət və ictimaiyyət nümayəndələrinin gəlməsi Vətən uğrunda canından keçən qəhrəmanların əbədi yaşadığını bir daha göstərir.
Copyright ©
-------------------
/ azertag
/ azertac
/ azertac
https://t.me/azertacnews
https://azertag.az/